Avropada istilər can alır

23.06.2026

Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.



Avropanı təsiri altına alan güclü isti dalğası bir çox ölkədə rekord temperaturlara və ciddi insan itkilərinə səbəb olub.

Bakupost.az xəbər verir ki, vəziyyət xüsusilə Fransada kritik həddə çatıb.

Rəsmi məlumatlara görə, isti ilə əlaqəli hadisələr nəticəsində ən azı 18 nəfər həyatını itirib.

Fransanın Bordo şəhərində temperatur 41,9°C-yə çataraq əvvəlki rekordu geridə qoyub. Puatye şəhərində isə 41,2°C qeydə alınıb ki, bu da 1947-ci ildən bəri ən yüksək göstəricidir. Vaklus bölgəsində iki azyaşlı uşaq avtomobildə huşsuz vəziyyətdə tapılıb və onların həyatını xilas etmək mümkün olmayıb. Bordoda isə yaşlı şəxslər arasında ölüm halları qeydə alınıb.

Paris də daxil olmaqla bir çox şəhərlərdə yüksək temperatur xəbərdarlığı elan olunub. Musiqi festivalı zamanı ictimai yerlərdə spirtli içkilərin istifadəsi qadağan edilib.

Digər Avropa ölkələrində də vəziyyət gərgindir. Böyük Britaniyada temperaturun 39°C-ni keçəcəyi gözlənilir. İtaliyada 12 şəhər üçün qırmızı xəbərdarlıq verilib, İspaniyada isə temperatur normadan 10 dərəcə yüksəkdir. Belçikada da yaxın günlərdə 38°C istilik proqnozlaşdırılır.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu istilər təkcə sağlamlıq deyil, həm də enerji sistemləri üçün ciddi risk yaradır.

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью