Avropada kritik vəziyyət

06.08.2026

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Polşada davam edən quraqlıq səbəbindən ölkə üzrə 71 hidrologiya xəbərdarlığı elan olunub. Mütəxəssislər yaxın günlərdə bu rəqəmin daha da arta biləcəyini bildirirlər.

Bu barədə Polsat News məlumat yayıb.

Polşa Meteorologiya və Su Təsərrüfatı İnstitutunun hidroloqu Pavel Stanişevskinin sözlərinə görə, xəbərdarlıqlar Vistula çayının demək olar ki, bütün hissəsini – yuxarı axarlarından mənsəbinədək əhatə edir.

Ən narahatedici vəziyyət Annopol şəhərində qeydə alınıb. Burada Vistula çayında suyun səviyyəsi 160 santimetrə düşərək yeni tarixi minimum müəyyənləşdirib. Əvvəlki rekord göstərici – 162 santimetr – 70 ildən çox əvvəl qeydə alınmışdı.

Paytaxt Varşavada da vəziyyət kritik həddə yaxınlaşır. “Varşava-Bulvarları” hidroloji məntəqəsində suyun səviyyəsi hazırda 109 santimetr təşkil edir. Müqayisə üçün qeyd edək ki, indiyədək ən aşağı göstərici 2025-ci ilin avqustunda 104 santimetr olub. Proqnozlara görə, yaxın günlərdə suyun səviyyəsi daha da enə bilər.

Kozenitse və Ponyatova rayonlarında da vəziyyət ağırdır. Burada suyun səviyyəsi müvafiq olaraq təxminən 10094 santimetr ölçülüb.

Quraqlıq artıq ölkənin enerji sektoruna da təsir göstərməyə başlayıb. Çay suyundan enerji bloklarının soyudulması üçün istifadə edən iki elektrik stansiyası su çatışmazlığı səbəbindən elektrik enerjisi istehsalını məhdudlaşdırmalı olub.

Kozenitse Elektrik Stansiyasında hazırda 11 enerji blokundan yalnız 5-i fəaliyyət göstərir. Stansiyanın operatoru bildirib ki, mövcud güc ölkənin enerji sisteminin tələbatını ödəmək üçün kifayət edir.

Hidroloqlar hesab edirlər ki, vəziyyətin sabitləşməsi üçün normadan yüksək yağıntıların uzun müddət davam etməsi lazımdır. Əks halda çaylarda su səviyyəsinin daha da aşağı düşməsi ehtimalı yüksəkdir.

Bununla yanaşı, Polşanın meteoroloji xidməti ölkənin cənub-şərq bölgələri üçün güclü istilərlə bağlı da xəbərdarlıq edib. Proqnozlara əsasən, bəzi ərazilərdə havanın temperaturu +40 dərəcəyədək yüksələ bilər.

Mütəxəssislər hesab edirlər ki, quraqlıq və ekstremal istilərin eyni vaxta təsadüf etməsi həm su ehtiyatları, həm kənd təsərrüfatı, həm də enerji infrastrukturu üçün ciddi risklər yaradır.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью