Avropada Macarıstan üçün yeni bir dövr başlayır Makron

04.06.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Maqyarın haklimiyyətə gəlməsi Macarıstan və Avropamız üçün yeni bir dövrdür.

"Ölkə.az" xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Macarıstanın yeni Baş naziri Peter Maqyarı qəbul edərkən deyib.

"Sizinlə Macarıstanda, Avropada isə Macarıstan üçün yeni bir dövr başlayır. Seçkiləriniz macar xalqının Avropa Birliyinin dəyərlərinə güclü sadiqliyini nümayiş etdirir", - Makron bildirib.

Fransa prezidenti əlavə edib ki, iki ölkə 1991-ci il Anlaşma və Dostluq Müqaviləsinə əsaslanaraq ilin sonuna qədər yeni strateji tərəfdaşlıq bağlamaq, müdafiə, nüvə enerjisi, sənaye, kosmos, kənd təsərrüfatı, dezinformasiyaya qarşı mübarizə və demokratiyalarımızın müdafiəsi sahələrində əməkdaşlığı gücləndirmək istəyir.

Elvin

Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью