Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15.08.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xorvatiyanın müasir tarixində ən böyük meşə yanğınları artıq kurortlara çatıb və təxminən 1000 nəfər təxliyə edilib.
Bizim.Media Reuters-ə istinadən xəbər verir ki, güclü küləklə alovlanan güclü meşə yanğını Omiş kurort şəhərinə yaxınlaşaraq yaşayış məntəqələrini əhatə edib. Yanğın 1000 hektardan çox ərazini əhatə edib.
 

Ən azı 42 nəfər xəsarət alıb, 14 nəfər xəstəxanaya yerləşdirilib, yeddi nəfərin vəziyyəti ağırdır. Təxminən 1000 sakin təxliyə olunmağa məcbur edilib və Omiş ilə Split arasında müvəqqəti sığınacaqlar açılıb.


Omiş bölgəsində baş verən yanğınlar Xorvatiyanın müasir tarixində ən böyük və ən mürəkkəb yanğınlar adlandırılır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью