Avropada mövsümün komandası açıqlandı: Yamal, Mbappe, Virts...

27.05.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Avropanın ən yaxşı 5 liqasında 2024/25 mövsümünün rəmzi komandası müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, "WhoScored" statistika portalı öz mövqelərində ən yaxşılardan ibarət "11-lik" tərtib edib.

Heyət belədir: 

Qapıçı - Mark Flekken ("Brentford"); müdafiəçilər - Ceyms Tarkovski ("Everton"), Villi Orban ("Leypsiq"), Vircil van Deyk ("Liverpul"); yarımmüdafiəçilər - Lamin Yamal (“Barselona”), Florian Virts (“Bayer" L), Camal Musiala (“Bayern" M), Rafinya Dias (“Barselona”); hücumçular - Usman Dembele (PSJ), Harri Keyn ("Bayern" M), Kilian Mbappe ("Real" M).


Beləliklə, orta qiymətləndirməyə görə, La Liqa çempionu Yamal Avropada mövsümün oyunçusu seçilib. 

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью