Icma.az bildirir, Axar.az portalına istinadən.
ABŞ ordusu Avropada potensial hərbi münaqişə baş verəcəyi təqdirdə yüzlərlə yüksək hündürlükdə uçan aerostat yerləşdirməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun briqada generalı Stiven Karpenter deyib.
“Avropa ssenarisi çərçivəsində yüzlərlə, hətta minlərlə aerostat şərq istiqamətinə göndəriləcək. Aerostatlar yalnız aldadıcı hədəf rolunu oynamayacaq, həm də rabitə siqnallarının ötürülməsi, elektron kəşfiyyat və havadan zərbələr endirilməsi üçün platforma kimi istifadə olunacaq”, - o bildirib.
Qeyd edək ki, NATO Rusiya ilə mümkün müharibə vəziyyətində tələb olunacaq qüvvələr və silahlarla bağlı danışıqlara başlayır. Alyans ölkələri 2029-cu il üçün müdafiə potensialına dair hədəf göstəricilərin müəyyənləşdirilməsini müzakirə edəcək. İddialara görə, həmin il mümkün hərbi toqquşmanın baş verə biləcəyi tarix kimi nəzərdən keçirilir.