Avropada ölümcül istilər: Temperatur 42 dərəcəyə çatdı

07.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Avropada ekstremal istilər tarixi rekordları yeniləyir: Slovakiyada havanın temperaturu +42°C-yə yüksəlib, Macarıstan və Avstriyada isə təxminən +41°C qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.

Məlumata görə, Polşada su çatışmazlığı səbəbindən Kozenitse və Polantsedəki kömürlə işləyən elektrik stansiyaları bağlanıb:

“Almaniyada aprel ayından bəri isti hava dalğaları səbəbindən təxminən 12 min insan ölüb. Ümumilikdə isə Avropada isti hava ilə bağlı ölüm halları 25 mini keçib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью