Avropada orta ömür YÜKSƏLİB

19.10.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) ölkələrində orta ömür uzunluğu 81,7 ilə yüksəlib.

“Cebheinfo.az” xəbər verir ki, bu, Avropa Statistika İdarəsi (Eurostat) Aİ ölkələrində 2024-cü il üzrə orta ömür uzunluğuna dair məlumatlarda əksini tapıb.
Məlumata görə, Avropa İttifaqı ölkələrində orta ömür uzunluğu əvvəlki illə müqayisədə 0,3 il artaraq 81,7 il təşkil edib.

Orta ömür uzunluğunun ən yüksək göstəricisi İtaliya və İsveçdə qeydə alınıb. Bu ölkələrdə orta ömür uzunluğu 84,1 il olub. İspaniyada bu göstərici 84 il, Lüksemburqda 83,5 il, Maltada isə 83,3 il təşkil edib.

Fransada orta ömür uzunluğu 83,1 il, Almaniyada isə 81,5 il olub. Ən aşağı göstəricilər isə Bolqarıstan, Rumıniya və Latviyada qeydə alınıb. Belə ki, Bolqarıstanda orta ömür uzunluğu 75,9 il, Rumıniyada 76,6 il, Latviyada isə 76,7 il təşkil edib.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью