Avropada “Patriot” raketlərinin çatışmazlığı “son dərəcə kritik” həddə çatıb

28.08.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

ABŞ hərbçiləri Avropada, xüsusilə “Patriot” sistemləri üçün müasir raketlərə olan ehtiyacın “son dərəcə kritik” səviyyəyə çatması ilə üzləşiblər.

"Associated Press" mənbələrə istinadən xəbər verir ki, bu vəziyyət NATO ölkələrinin mümkün təhlükələr qarşısında həssaslığı ilə bağlı narahatlıqları artırır.

ABŞ rəsmisinin sözlərinə görə, ən ciddi çatışmazlıq Rusiya istehsalı ballistik raketlərin qarşısını almaq qabiliyyətinə malik “Patriot” raketləri ilə bağlıdır. NATO nümayəndəsi də ABŞ və NATO qüvvələrinin Avropadakı belə raket ehtiyatlarının aşağı səviyyədə olduğunu təsdiqləyib.

AP-nin məlumatına görə, ABŞ-ın Avropadakı qüvvələri uzunmüddətli ballistik raket hücumunun qarşısını almaq üçün kifayət qədər “Patriot” raketinə malik deyil.

Hətta tək bir raket hücumundan və ya trayektoriyasından təsadüfən yayınan raketdən müdafiə imkanlarının da “çox məhdud” olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью