Avropada Putinin xəbərdarlığına ciddi reaksiya verildi

24.10.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin uzun mənzilli Tomahawk raketləri ilə Rusiya ərazisinə hücum etməsi halında Moskvanın cavabının "şok edici" olacağı barədə xəbərdarlıq edib. Bu açıqlama, Avropada ciddi narahatlıq doğurub.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Finlandiyanın milli-konservativ "Azadlıq Alyansı" partiyasının üzvü olan Armand Memalar, sosial şəbəkədə yazdığı postda, "Niyə Avropa liderləri bu qədər axmaq olublar ki, nüvə gücünə sahib bir dövləti uzaqmənzilli raketlərlə hədəf alırlar?" sualını qoyub. O, həmçinin Rusiya'nın cavabının "bənzərsiz, məhv edici və fəlakətli" olacağını vurğulayıb.

Putin isə 23 oktyabrda etdiyi açıqlamada, ABŞ-nin Tomahawk raketləri ilə Rusiya ərazisinə hücum etməsi halında cavablarının çox sərt olacağını bildirib. "Əgər belə bir silah Rusiya ərazisinə zərbə vurarsa, cavabımız çox ciddi, bəlkə də şok edici olacaq. Bunu yaxşıca düşünün," – deyə o qeyd edib.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью