Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir. Avropanın yeraltı qaz anbarlarındakı (YQA) ehtiyatlar 51%-ə enib.
Bununla belə, bu göstərici fevral ayının əvvəli üçün tarixdə dördüncü ən yüksək səviyyədə qalır.
Eyni zamanda, fevral ayında Avropaya mayeləşdirilmiş təbii qazın (MTQ) terminallardan boru kəmərlərinə ötürülməsi rekord həddə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri cari qış mövsümünün əvvəlindən anbarlardan 51,5 milyard kubmetr qaz çıxarıb.
Fevralın 4-də Avropanın YQA-larından 765 milyon kubmetr qaz istifadə edilib, ancaq eyni gündə cəmi 13 milyon kubmetr qaz geri vurulub.
Hazırda Avropanın qaz ehtiyatları 51,3% təşkil edir ki, bu da son beş ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz bəndi daha aşağıdır.
Bu göstərici yalnız ötən qış mövsümünün sonu ilə deyil, həm də 2019-2020 və 2022-2023-cü illərin qış mövsümlərinin sonu ilə müqayisədə daha aşağı səviyyədədir.
Bu həftə Avropada havalar ötən həftə ilə müqayisədə daha soyuq keçir.