Avropada qaz ehtiyatlarının həcmi 40 faizdən aşağı enib

04.02.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Avropa İttifaqının yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 40 faizdən aşağı düşüb.

AZƏRTAC xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, fevralın 2-də anbarlardan qaz çıxarılması təxminən 742 milyon kubmetr təşkil edib və bununla da, qaz ehtiyatlarının ümumi həcmi 44 milyard kubmetrə enib. Hazırda anbarların cəmi 39 faizi doludur.

Ekspertlərin sözlərinə görə, anbarlarda qaz ehtiyatlarının bu dərəcədə tükənməsi regionda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədardır. Bununla yanaşı, 2026-cı ilin yanvar ayında külək generasiyasının elektrik enerjisi istehsalında payı 19 faiz təşkil edib.

2026-cı ilin ilk ayında Rusiya Avropaya rekord həcmdə - 2,1-2,3 milyard kubmetr maye qaz tədarük edib. “Balkan axını” kəmərində gündəlik təbii qaz tədarükü artaraq 56 milyon kubmetrə, “Türk axını” kəmərində isə 1,73 milyard kubmetrə çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью