Avropada qaz kəskin şəkildə bahalaşıb

06.05.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, əsas fyuçerslər 4,3% bahalaşıb. Bu isə, son bir ayda ən böyük gündəlik artımdır.
“Çinli idxalçılar Avropa və Asiya arasında tədarük üçün rəqabəti gücləndirərək uzun fasilədən sonra spot bazarında mayeləşdirilmiş təbii qaz almağa qayıdıblar. Əlavə faktor kimi bəzi qaz müqavilələrinin bağlandığı neftin məzənnəsinin artması olub”, - məlumatda deyilir.
Eyni zamanda, Avropanın ən böyük təchizatçısı olan Norveçdə yataqlarda aparılan texniki xidmət boru kəməri axınını məhdudlaşdırıb. Vəziyyət Avropada planlaşdırılmamış dayanmalar və soyuq hava şəraiti fonunda çətinləşib ki, bu da xüsusilə şərq bölgələrində anbarların doldurulmasını gecikdirə bilər.
Bununla belə, Avropa İttifaqı (Aİ) Rusiya ilə ilin sonuna kimi qüvvəyə minməli olan yeni qaz müqavilələrinə qadağa hazırlayır. Bu, 2027-ci ilə qədər Rusiyanın enerji mənbələrindən tamamilə imtina edilməsini nəzərdə tutan planın bir hissəsidir.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью