Avropada qaz və benzin bahalaşır

02.03.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 mart, AZƏRTAC

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən Qətərdə maye qaz istehsalının dayandırılması fonunda Avropa birjasında min kubmetr qazın qiyməti 500 dolları ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə London ICE birjasının məlumatında deyilir. Məlumata görə, Niderlanddakı TTF qovşağında maye yanacağın aprel fyuçerslərinin qiyməti min kubmetr üçün təxminən 515 dollara çatıb.

Eyni zamanda, Avropada benzinin qiyməti də yanvar ayından bəri ən yüksək həddə çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью