Avropada qazın qiyməti artıb

26.10.2026

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Avropada təbii qazın qiymətində yenidən artım qeydə alınıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə London ICE birjasının məlumatlarında qeyd edilir. Hesablamalarına görə, Avropa birjasında noyabr ayında çatdırılan qaz fyuçerslərinin qiyməti 2022-ci ilin dekabr ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 1100 dolları keçib.
Niderlanddakı TTF mərkəzində isə noyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 1111 dollara və ya MVt/saat üçün 95,86 avroya yüksəlib.
İqtisadçı ekspertlər bu artımı həm Rusiya-Ukrayna müharibəsi, həm də İran ətrafında yaşanan gərginlikdən dolayı ənənəvi daşıma marşrutlarındakı problemlərlə əlaqələndiriblər.
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью