Avropada qazın qiyməti yenidən 500 dolları ötüb

28.02.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 500 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 28 fevral tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 500,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (485,8 dollar) ilə müqayisədə 3% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью