Avropada qızılcaya yoluxma halları artmaqdadır

15.07.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropada qızılcaya yoluxma halları kəskin şəkildə artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadla məlumat yayıb.

Qeyd olunub ki, Avropa ölkələrində vaksinasiya göstəriciləri pandemiyadan əvvəlki səviyyəyə bərpa olunmayıb.

Bildirilib ki, 2024-cü ildə vaksinlə əhatə səviyyəsinin yetərsizliyi fonunda qızılcaya yoluxma halları 148 min nəfəri ötüb.

ÜST-nin məlumatına görə, qızılcaya qarşı kollektiv immunitetin formalaşması üçün əhalinin 95%-i vaksinasiya olunmalıdır. Halbuki 2024-cü ildə tam olaraq qızılca, epidemik parotit, qızılca və B hepatitinə qarşı peyvənd olunmuş uşaqların payı 91% təşkil edib. Bu göstərici 2019-cu ildə 92% olub.\

"Avropa və Mərkəzi Asiyada qızılca hallarının sayı son 25 ilin ən yüksək səviyyəsinə çatıb və iki dəfədən çox artıb”,- nəşrdə yazılıb.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью