Avropada Rusiya qazının payı son illərdə iki dəfə azalıb

15.10.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Avropanın enerji balansında Rusiya qazının payı son illərdə iki dəfə azalaraq 19%-ə düşüb.

APA xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya Energetika Həftəsi zamanı bildirib.

“Onlar (Aİ) Rusiya qazının Avropa ölkələrinə tədarükünü məhdudlaşdırmaq qərarına gəldilər. Bu gün faktiki olaraq qaz tədarükü azalıb. Əvvəllər Avropanın balansında Rusiya qazının payı təxminən 44% idisə, bu gün ümumi idxal çərçivəsində təxminən 19% səviyyəsindədir. Yəni, iki dəfə azalıb”, - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью