Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Football Meets Data” portalı avrokuboklarla bağlı statistik rəqəmləri açıqlayıb.
Futbolpress.az xəbər verir ki, Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn “Sabah” bu mövsüm beynəlxalq arenada ən çox qələbə qazanan komandadır. “Bayquşlar” 6 matçda 5 qalibiyyət əldə edib.
“Sabah” I təsnifatda Uelsin TNS, ikincidə Finlandiyanın “Kups” komandalarını hər iki görüşdə üstələyib. “Futuristlər” III təsnifatın ilk matçında Danimarkanın “Orhus” klubuna uduzsa da (1:2), cavab görüşündə darmadağınla (4:0) qələbə qazanıb.
“Sabah” turnirin pley-off mərhələsində İsrailin “Hapoel” (Beer Şeva) komandası ilə qarşılaşacaq.