Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Budapeşt, 19 sentyabr, AZƏRTAC
Yeni tədris ilinin əvvəlindən Avropa İttifaqının bir çox universitetləri bütün kampuslarda siqaret çəkməyə tam qadağa qoyur.
AZƏRTAC xəbər verir ki, bir sıra ali məktəblərin ərazisində siqaret çəkmək üçün ayrılmış yerlər olmayacaq.
Bildirilib ki, bu addım sağlam bir mühitin yaradılmasına töhfə verir və tütünsüz bir nəslin formalaşmasına imkan yaradır.
Universitetlərdə siqaret çəkməyin tam qadağan edilməsi həm açıq ərazilərə, həm də parklanma yerlərinə şamil edilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt