Avropada smartfon böhranı: Hansı markalar liderdir?

21.08.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa bazarında smartfon tədarükləri 2023-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

Redaktor.az “Counterpoint Research” şirkətinin hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin ikinci rübündə Avropaya təxminən 35 milyon smartfon tədarük edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azdır.

Analitiklər bildirirlər ki, smartfon komponentlərinin bahalaşması və iqtisadi vəziyyətin çətinləşməsi bazara mənfi təsir göstərib. İstehlakçıların telefonlara tələbatının da ötən illə müqayisədə zəiflədiyi qeyd olunur.

“Samsung” və “Apple” Avropa smartfon bazarında lider olaraq qalır. Hər iki şirkətin bazar payı 34 faiz təşkil edib.

“Xiaomi” 15 faiz, “Oppo” 4 faiz, “Honor” isə 3 faiz bazar payı ilə növbəti yerləri tutub.

Analitiklərin fikrincə, Avropa smartfon bazarındakı geriləmə yaxın rüblərdə də davam edə bilər.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью