Avropada sülhü yalnız o təmin edə bilər Almaniya XİN rəhbəri

19.02.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropada davamlı sülhü yalnız Avropa təmin edə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

XİN başçısı Rusiya və ABŞ arasında keçirilən müzakirələrə Avropanın dəvət edilməməsini tənqid edib, Avropa İttifaqının Rusiyaya qarşı 16-cı sanksiyalar paketini məmnuniyyətlə qarşıladığını bildirib.

Ukraynaya hərbi yardım mövzusunda sualları cavablandıran XİN rəhbəri Avropanın HHM sistemlərinin, PUA-ların alınması üçün milyard avroluq yardım paketi hazırladığını qeyd edib.

“Lakin Avropa İttifaqı olaraq burada dayanmamalıyıq. İkitərəfli səviyyədə Ukraynaya dəstəyimizi artıracağıq və bunun üçün büdcədə düzəlişlər etməliyik, istəsək də, istəməsək də”, – Berbok deyib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью