Avropada superbakteriya ilə bağlı xəbərdarlıq edilir...

20.11.2026

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Sözügedən bakteriya Klebsiella pneumoniae-dir...

...Antibiotiklərə davamlı “superbakteriya” Avropa xəstəxanalarında sürətlə yayılır.

Bu, xəstələr arasında asanlıqla ötürülür və müalicəsi getdikcə çətinləşir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə (ECDC) istinadən bildirib.

Söhbət Klebsiella pneumoniae adlı bakteriyadan gedir ki, onun ştammları təkamül keçirib və hətta ən yeni antibiotiklərə belə davamlı olub.

“Politico”-ya görə, Klebsiella pneumoniae tərəfindən törədilən qan infeksiyalarının insidenti 2019-2025-ci illər arasında 72 faiz artıb.

Bu, 2030-cu ilə qədər insidentin 5 faiz azalması hədəfindən xeyli aşağıdır. Eyni zamanda, bakteriyalarla əlaqəli infeksiyalar xəstələr üçün ciddi təhlükə yaradır, çünki onlarda ölüm nisbəti 40-dan 70 faizə qədər yüksəkdir.

Təhlillər göstərir ki, bəzi ştammlar yeniləri də daxil olmaqla, demək olar ki, bütün antibiotiklərə qarşı davamlı olur.

ECDC tədqiqatçısı Kristian Qiskinin sözlərinə görə, Klebsiella pneumoniae dərman müqaviməti tədqiqatının nəticələri son bir ildə Avropada supermikroblar haqqında toplanan bütün məlumatlar arasında "ən narahatedici" olub.

O qeyd edib ki, AB, İslandiya və Norveçdə dərman müqavimətli bakteriya və göbələklər hər il 35.000 ölümə səbəb olur.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью