Avropada təbii qaz 2% ucuzlaşıb

15.05.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 405 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 14 may tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə iyun fyuçerslərinin qiyməti 403 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (411,2 dollar) ilə müqayisədə 2% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью