Avropada təbii qaz 6% dən çox ucuzlaşıb

26.05.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 550 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 25 may tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə iyun fyuçerslərinin qiyməti 549 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (584,4 dollar) ilə müqayisədə 6,1% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью