Avropada təbii qaz illik müqayisədə 20% dən çox bahalaşıb

04.08.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bu ilin iyun ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nağd bazar (spot – red.) qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 15,12 ABŞ dolları səviyyəsində olub.

Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.

Belə ki, iyunda TTF satış mərkəzi üzrə qazın orta qiyməti aylıq müqayisədə 7% azalıb, illik müqayisədə isə 23% artıb.

Hesabatda bildirilir ki, iyun ayında NBP qaz satış qovşağında (Böyük Britaniyanın əsas virtual qaz ticarət məntəqəsidir və Avropada təbii qazın spot bazarı üzrə ən nüfuzlu mərkəzlərdən biri hesab olunur – red.) qazın orta spot qiyməti 14,59 dollar təşkil edib, bu da aylıq müqayisədə 8% azalma, illik müqayisədə isə 24% artım deməkdir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью