Avropada təbii qazın bahalaşması davam edir

21.05.2025

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 435 ABŞ dollarını ötüb. SİA xəbər verir ki, 21 may tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə iyun fyuçerslərinin qiyməti 437,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (430,3 dollar) ilə müqayisədə 1,7% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью