Avropada təbii qazın qiyməti 19% ə yaxın ucuzlaşıb

11.03.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 548 ABŞ dollarından aşağı enib.

“APA-Economics” xəbər verir ki, 10 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 547,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (675,1 dollar) ilə müqayisədə 18,9% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью