Avropada təbii qazın qiyməti 5% ə yaxın ucuzlaşıb

20.02.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 510 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 19 fevral tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə mart fyuçerslərinin qiyməti 506,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (532,2 dollar) ilə müqayisədə 4,9% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью