Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hörmüz boğazından keçən daşınmalarla bağlı qeyri-müəyyənliklər səbəbindən Avropada təbii qazın qiymətləri 8 faiz artıb.
Avropanın ən dərin ticarət platforması olan Hollandiyada yerləşən virtual təbii qaz ticarət platforması TTF-də sentyabr ayı üçün fyuçers müqavilələrində qazın qiyməti ötən gün meqavat-saat üçün 56 avrodan açılıb.
Qiymətlər ötən gün ərzində 60,5 avroya yüksəlib. Qiymətlərin artmasına Hörmüz boğazından keçən daşınmalarla bağlı qeyri-müəyyənliklər təsir edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, ABŞ hazırkı siyasətini və dəniz blokadasını davam etdirərsə, Hörmüz boğazı artıq təhlükəsiz keçid olmayacaq.
Bu arada, bu həftə yenidən Avropaya təsir etməsi gözlənilən isti hava dalğası səbəbindən elektrik enerjisinə tələbatın artması və qitədə tarixən aşağı səviyyədə təbii qaz ehtiyatları da qiymətlərə yuxarı təzyiq göstərir.
M.MİRZƏ
XQ