Avropada Tesla elektromobillərinin satışları ÇÖKDÜ

28.05.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aprel ayında Avropa İttifaqında "Tesla" elektrik avtomobillərinin satışı keçən ilin eyni dövrü ilə müqayisədə 52,6% azalaraq 5475 ədədə düşüb.

"Ölkə.az" xəbər verir ki, bu, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) aylıq hesabatında əksini tapıb.

Statistikaya Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyası ölkələri - İslandiya, Norveç və İsveçrəni də əlavə etsək, satışların azalması 49% təşkil edir ki, bu da bir qədər yaxşıdır.

Bu ilin yanvar-mart aylarında "Tesla" Aİ-də satışlarında 45 faiz azalma göstərib. Bu, İlon Maskın şirkətinin problemlərinin Avropa bazarında pisləşdiyini göstərir. Bölgədə akkumulyatorla işləyən elektrik avtomobillərin (hibridlər də daxil olmaqla) ümumi satışının 26,4% artmasına baxmayaraq, "Tesla"nın Aİ-dəki bazar payı 1,3%-dən 0,6%-ə düşüb.

Avropa İttifaqında ümumi avtomobil satışları 1,3% artıb. ACEA qeyd edib ki, bu, bazarın qismən bərpasını göstərə bilər, baxmayaraq ki, qeyri-sabit qlobal iqtisadiyyat kontekstində proqnozlar qeyri-müəyyən olaraq qalır. Əsas avtomobil istehsalçıları arasında satışları 9,8% artıraraq "BMW Group" ən yaxşı nəticələri nümayiş etdirib. "Wolkswagen Group" 2%, "Renault Group" isə 1,1% artım göstərib.

Qlobal miqyasda Tesla birinci rübdə 336,7 min avtomobil satıb (analitiklər 390 min gözləyirdilər), bu da ötən illə müqayisədə 13% azdır.

Ekspertlər hesab edir ki, brendə marağın azalmasının əsas səbəblərindən biri İlon Maskın siyasi fəaliyyəti və mübahisəli açıqlamalarıdır.(Publika.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью