Avropada texniki baxış sərtləşir BİZƏ TƏSİRİ

28.04.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Avropa Komissiyası texniki baxış normalarının dəyişdirilməsi üzərində işləyir.

Avtosfer.az xəbər verir ki, İttifaqda texniki baxış reqlamenti sonuncu dəfə 2024-cü ildə yenilənib.
Komissiya yeni reqlamentdə elektromobillərə və köhnə maşınlara xüsusi diqqət ayıracaq. Yaşı onu ötmüş maşınlar hər il texniki baxışa cəlb ediləcək. 

Ən əsası isə, qeydiyyat şəhadətnaməsi elektronlaşdırılacaq, avtomobilin ciddi qəza keçirib-keçirmədiyi burada qeyd ediləcək.

Avropalı ekspertlərin qənaətinə görə, bu qayda tətbiq edilərsə, bir çox sürücü avtomobilini ucuz qiymətə Avropadan kənara satacaq. Bu da Avropadan işlənmiş avtomobil daşıyanlara sərfəlidir.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью