Avropada təyyarə yanacağı ehtiyatları tükənir

29.04.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Yaxın Şərqdəki münaqişənin enerji təchizatına təsiri ilə əlaqədar Avropa şirkətləri aviasiya yanacağı çatışmazlığı ilə üzləşə bilər. 

Avtosfer.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının hesablamalarına görə, münaqişə başlayandan dünyada aviasiya yanacağının qiyməti bir barel üçün 85-90 dollardan 150-200 dollara qalxıb. “Reuters”in məlumatına görə, yanacaq xərclərinin artması ilə yanaşı, Avropada bir çox aviaşirkət üçün yüksək qiymətə belə yanacaq əlçatmaz ola bilər, çünki bəzi regionlarda cəmi bir neçə həftəlik yanacaq ehtiyatı qalıb. 

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolun sözlərinə görə, Avropanın aviasiya yanacağı ehtiyatları tükənir. Yaxın Şərqdəki vəziyyət təchizata zərər vurmağa davam etsə, yaxın zamanda bəzi uçuşlar ləğv edilə bilər. Son vaxtlar Avropanın bir neçə aviaşirkəti uçuşların dayandırılması, bəzi reyslərin təxirə salınması kimi addımlar atıb.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью