Avropada təyyarələrə bomba təhdidləri ARTIR

06.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropanın müxtəlif ölkələrində sərnişin təyyarələrinə qarşı bomba təhdidləri qeydə alınmaqda davam edir.

Bakıvaxtı.az xəbər verir ki, belə təhdidlərə məruz qalan təyyarələrin sayı 21-ə yüksəlib.

Madrid, Roma, Praqa, Belqrad və digər şəhərlərə uçuş həyata keçirən təyyarələrlə bağlı bomba xəbərdarlıqları daxil olub. Hadisələr hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

Təhdidlərdən sonra təyyarələrdə müvafiq yoxlamalar aparılıb. Lakin indiyədək heç birində partlayıcı maddə aşkarlanmayıb.

İtaliyada qeydə alınan bəzi təhdidləri isə “Kişi Dövlətinin Döyüşçüləri” adlı qrup üzərinə götürüb. Qrup elektron poçt vasitəsilə göndərdiyi mesajlarda partlayış törədiləcəyi ilə bağlı hədələr səsləndirib.

Hadisələrin Avropanın bir neçə ölkəsini əhatə etməsi aviasiya təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Bununla belə, təhdidlərin arxasında duran şəxslərin və ya qrupların müəyyənləşdirilməsi istiqamətində araşdırmaların nəticələri barədə əlavə məlumat verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью