Avropada velosiped istehsalı kəskin şəkildə azalıb

21.11.2024

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ ölkələrində velosiped istehsalı kəskin şəkildə azalıb.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrində velosiped istehsalı ötən il 24 faiz azalaraq 9,7 milyon ədəd olub.

Avropa Statistika İdarəsi (Avrostat) 2023-cü ildə Aİ ölkələrinin velosiped istehsalı ilə bağlı məlumatları açıqlayıb.

Buna görə, 2022-ci ildə 12,7 milyon olan Aİ velosiped istehsalı 2023-cü ildə 9,7 milyona qədər azalıb. Bununla da, Aİ ölkələrində velosiped istehsalı ötən il əvvəlki ilə nisbətən 24 faiz azalıb.

Aİ ölkələri arasında ən çox velosiped istehsalı Portuqaliyada həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il Portuqaliyada 1,8 milyon, Rumıniyada 1,5 milyon, İtaliyada 1,2 milyon, Polşada isə 800 min velosiped istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью