Avropada yeni müharibə başlaya bilər

03.03.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

Rusiya prezidenti Vladimir Putin növbəti 3-6 il ərzində Avropa qitəsində müharibəyə başlaya bilər.

Reyting.az xəbər verir ki, belə bir iddia ilə Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rehka çıxış edib.

Rehka deyib ki, hazırkı təhlükəsizlik vəziyyəti mürəkkəbdir və tezliklə yaxşılaşacağını proqnozlaşdırmır.

“Təhlükəsizlik vəziyyəti çətindir və yaxın gələcəkdə yaxşılaşmayacaq. Rusiyanın aqressiv siyasəti yaxın gələcəkdə Çexiya vətəndaşları və bütün Avropa qitəsinin təhlükəsizliyi üçün birbaşa və konkret təhlükə yaradacaq”, - deyə general bildirib.

Baş Qərargah rəisinin sözlərinə görə, müttəfiq kəşfiyyat xidmətlərinin məlumatları Kremlin yaxın üç-altı il ərzində Avropada başqa bir müharibəyə başlaya biləcəyini göstərir.

Rehka əlavə edib ki, Kreml lideri Ukrayna ilə sülh istəmir, ona görə də dünya daha uzunmüddətli münaqişəyə hazır olmalıdır. Çexiyalı general bildirib ki, müvəqqəti atəşkəs əldə edilsə belə, bunu müharibənin bitməsi hesab etmir.

Çexiya Ordusunun rəhbəri Putinin istəklərinin tək Ukrayna ilə bitməyəcəyinə əmindir.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью