Avropada yeni müsəlman dövləti yaranır: sərhədsiz…

25.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Albaniya Tiranada Vatikan tipli dövlət yaradacaq.

Axar.az Globailnfo.az-a istinadla xəbər verir ki, Baş nazir Edi Rama Albaniyanın dini qorumaq və təşviq etmək üçün Vatikanı nümunə götürərək suveren müsəlman dövləti yaradacağını deyib. Əgər bu baş tutarsa, yeni dövlət dünyanın ən kiçik dövlətlərindən biri olacaq.

“Simvolik dövlət divarsız, polissiz, ordusuz, vergisiz və digər atributları olmayan, lakin qərargaha sahib mənəvi dövlət olacaq”, – deyə baş nazir əlavə edib.

Dövlətin nə zaman qurulacağı barədə məlumat verməyən Rama planın parlament tərəfindən təsdiq gözlədiyini deyib.

Qeyd edək ki, sözügedən iddia bir müddət əvvəl gündəmə gəlmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью