Avropada yeraltı qaz anbarlarının ehtiyatları 45 mlrd. kubmetrə enib | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 41%-dən aşağı e
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 40,76% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 11,15 faiz bəndi azdır.
Qeyd olunub ki, Aİ ölkələri istilik mövsümü başlayandan bəri yeraltı anbarlardan təxminən 64 mlrd. kubmetrə yaxın qaz çıxarıb.
Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb. Bildirilib ki, hazırda anbarlardakı qazın ümumi həcmi 45,3 mlrd.
kubmetrə yaxındır. Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu