Avropadakı elektrik kəsintisindən sonra 450% bahalaşma

01.05.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Portuqaliya, İspaniya, Fransa və bir çox Avropa ölkələrində elektrik enerjisinin kəsilməsi xaotik vəziyyət yaradıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, şəbəkənin 60%-nin 5 saniyə ərzində sıradan çıxması nəqliyyatdan səhiyyəyə, alış-verişdən rabitəyə qədər demək olar ki, bütün sahələrdə ciddi problemlərə səbəb olub.

Avropa ölkələrində işıqlar eyni vaxtda söndü, xaos yaşandı - VİDEO
 

İspaniyanın “El Mundo” qəzeti elektrik enerjisinin qiymətlərinin böhrandan sonra cəmi bir gündə 450% artdığını yazıb.

Təyin olunmuş Elektrik Bazarı Operatoru olan OMIE-nin məlumatına görə, İspaniyada elektrik enerjisinin topdansatış qiyməti əvvəlki günlə müqayisədə 450% artaraq bir meqavat-saata (MWh) 31,87 avroya yüksəlib.

OMIE qrafikinə görə, qiymətin cəmi 3,03 avro/MVt olduğu 30 mart ilə müqayisədə qiymət təxminən 950% artıb.

Elektrik enerjisinin kəsilməsinin səbəbi ilə bağlı hələ heç bir rəsmi açıqlama verilməsə də, hadisə İspaniya və Portuqaliyada enerji infrastrukturunun nə qədər həssas olduğunu üzə çıxarıb.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью