Avropadan Amerikaya yollandı

06.12.2024

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Erik Çupo-Motinqin yeni klubu müəyyənləşib.

Kamerun yığmasının və “Bavariya”nın sabiq hücumçusu MLS-də çıxış edəcək. “Sky Sport”un məlumatına görə, 35 yaşlı hücumçu “Nyu York Red Bullz”la anlaşıb. Futbolçu artıq tibbi müayinədən keçib. O, ABŞ klubu ilə 2 illik müqavilə bağlayacaq.
Çupo-Motinq bu 2024-cü ilin yayında “Bavariya”dan ayrıldıqdan sonra azad agent statusu daşıyırdı. O, karyerası ərzində “Hamburq”, “Nürnberq”, “Maynts-05”, “Şalke-04”, “Stok Siti” və PSJ-də də oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью