Avropadan Macarıstanın BCM lə bağlı qərarına reaksiya

03.04.2025

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Hollandiya Macarıstanın Beynəlxalq Cinayət Məhkəmədən çıxmaq qərarından təəssüflənir

Hollandiya Macarıstanın Beynəlxalq Cinayət Məhkəmədən (BCM) çıxmaq qərarından təəssüflənir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Kaspar Veldkamp deyib.

Eyni zamanda, Avropa ölkəsinin naziri qeyd edib ki, proses təxminən bir il çəkəcək. Veldkamp Budapeştin qərarına "o vaxta qədər Macarıstan istənilən halda öz öhdəliklərini yerinə yetirməli olacaq" deyə reaksiya verib.

Qeyd edək ki, Macarıstanın Baş nazirinin aparatının rəhbəri Qerqeli Qulyas ölkəsinin BCM sazişindən çıxacağını bildirib. O, BCM-nin hörmətli bir qurum olduğunu, lakin bu yaxınlarda “siyasi quruma çevrildiyini” söyləyib.

"İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı ittiham aktı ən kədərli nümunədir", - Quyas vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью