Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müharibə tərəfdarlarının “Rusiya təhdidi” ilə bağlı sərt açıqlamaları real müharibəyə yol aça bilər və buna qarşı çıxmaq lazımdır.
Globalinfo.az xəbər verir ki, bu fikirləri “Ağıl və Ədalət Alyansı”nın rəhbəri Sahra Wagenknecht sosial media hesabında paylaşıb.
Onun sözlərinə görə, Rusiya ilə guya qaçılmaz müharibə barədə xəbərdarlıqlar yenidən silahlanma və qarşıdurma siyasətini əsaslandırmaq üçün istifadə olunur. Wagenknecht bildirib ki, bu yanaşma diplomatiya ilə əvəz olunmasa, təhlükəli şəkildə özünü doğruldan peyğəmbərlik effektinə çevrilə bilər.
Siyasətçi bu açıqlamanı ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın “dərin dövlət”in Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə mane olduğu və Vaşinqtonu Rusiya ilə müharibəyə sürükləmək istədiyi barədə fikirlərinə cavab olaraq verib.
Qeyd edək ki, daha əvvəl irlandiyalı jurnalist Çay Bouz da NATO-nun Rusiya təhlükəsi ilə bağlı apardığı təbliğata özünün inanmadığını açıqlamışdı.
Tahir Turan
Globalinfo.az