Avropadan Ukraynaya 6 milyardlıq silah yardımı

16.12.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqı liderləri Milad bayramı atəşkəsi əvəzinə Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan altı milyard avro ayrılmasına baxmağa hazırlaşır.

"Cebheinfo.az" "TASS"a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib:

"Gündəlikdəki təkliflərə baxsaq, onların əksəriyyəti hələ yeni reallığı görmür. Hətta yaxınlaşan Milad bayramı da müharibə mühitinin əhval-ruhiyyəsini qaldıra bilməz. 

Miladda atəşkəs mümkünlüyünə və Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin kütləvi mübadiləsi olma ehtimalına baxmayaraq bu gün onlar silah tədarükünə altı milyard avrodan çox pul xərcləmək istəyirlər.

Bununla bərabər onlar ukraynalıları 18 yaşlı gəncləri cəbhəyə göndərməyə məcbur edirlər”.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью