Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
“Avropa tərəfindən seçilmiş danışıqçılar hələ Rusiya ilə əlaqə saxlamağa cəhd etməyiblər”
“Avropa tərəfindən seçilmiş danışıqçılar hələ Rusiya ilə əlaqə saxlamağa cəhd etməyiblər”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Xeyr. Hələ yox", o, bu məsələ ilə bağlı suala cavab verib.
"France-Presse" agentliyinin məlumatına görə, Dublin sammitində Aİ liderləri Rusiya ilə ekspert danışıqlarında iştirak etmək üçün nümayəndə heyəti barədə razılığa gəliblər. Buraya Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya və Polşanın, eləcə də Avropa Birliyinin üzvü olmayan Böyük Britaniyanın nümayəndələri daxildir.