Avropalı liderdən İran xəbərdarlığı: Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək

04.03.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran-ABŞ-İsrail müharibəsi nəticəsində  Hörmüz boğazının bağlanması Avropa iqtisadiyyatı üçün fəlakətə səbəb olacaq.

Ölkə.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç İranın Hörmüz boğazını bağlaya biləcəyi ilə bağlı mövqeyini şərh edərkən deyib. 

O dünyanın neft daşınması üçün ən vacib tranzit nöqtəsi olan boğazda tıxanmanın təkcə enerji böhranına səbəb olmayacaq, həm də qlobal inflyasiyanı nəzarətsiz vəziyyətə salacağını qeyd edib. "Neft qiymətləri hamımızı öldürəcək. Hörmüz boğazının bağlanması səbəbindən Avropa cəhənnəmə dönəcək", - Vuçiç deyib.

Xatırlkadaq ki, SEPAH komandanının müşaviri, briqada generalı İbrahim Cabbari Hörmüz boğazını nəqliyyatın hərəkəti üçün bağladıqlarını və oradan keçməyə çalışan bütün gəmilərə hücum edəcəklərini bildirib.

İran dövlət televiziyasında çıxış edən Cabbari ABŞ-İsrail hücumlarına cavab olaraq Hörmüz boğazından keçməyə icazə verməyəcəklərini bildirib.

“Hörmüz boğazı bağlıdır. Keçməyə çalışan hər hansı bir gəmiyə hücum edib onu yandıracağıq. Keçməyə çalışan gəmilər SEPAH Dəniz Qüvvələri tərəfindən yandırılacaq”, - o qeyd edib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью