Avropalı müşahidəçilər daha iki il Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar

29.01.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Avropa İttifaqı ölkələrinin Brüsseldəki səfirləri bir neçə saat əvvəl Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı qərar layihəsini təsdiqləyiblər.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, qərara əsasən avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar.
Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq və 44 erməni işçi.
Aİ-nin Ermənistandakı missiyasının fikrincə, bu qərar da yaxın gələcəkdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir ki, bu da əslində formal xarakter daşıyır, çünki bu ölkələrin səfirləri bu gün öz mövqelərini ifadə ediblər. Ermənistan hökuməti də bu layihənin lehinə səs verəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью