Avropalı otelçilər “Booking” platformasını məhkəməyə veriblər

07.08.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 avqust, AZƏRTAC

Avropada 10 mindən çox otelçi “Booking” onlayn rezervasiya platformasını məhkəməyə verib.

AZƏRTAC xəbər verir ki, onlar 20 ildə üzləşdikləri ziyana görə təzminat tələb edirlər. İş Avropa Ədalət Məhkəməsinin icraatındadır.

İddiaçılar bildirirlər ki, platformanın “münasib qiymət” müddəası onlara zərər verməklə yanaşı, Avropa qanunvericiliyinə də ziddir. Bu müddəa otellərin ən münasib qiyməti digər saytlarda paylaşmasına imkan vermir.

Baş ofisi Amsterdamda yerləşən “Booking” platforması Avropa otellərinin 70 faizinin onlayn rezervasiyasına nəzarət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью