Avropalılar düşününcə, Putin hərəkətə keçir Diplomat

26.09.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

NATO-nun daxili problemləri, xüsusən də üzv ölkələr arasında konsensusun olmaması Rusiyanın əlini gücləndirir.

Axar.az xəbər verir ki, bunu britaniyalı diplomat Yan Praud deyib.

"Hər dəfə avropalılar görüş keçirəndə və həftələrlə heç vaxt razılaşa bilməyəcəkləri mümkün tədbirləri müzakirə edəndə, Rusiya Prezidenti Vladimir Putin artıq onlardan öndədir, müəyyən mənada onları qabaqlayır. Ona görə də onun Qərbi üstələmək qabiliyyətini qiymətləndirməmək olmaz", - diplomat qeyd edib.

Praud onu da əlavə edib ki, Şimali Atlantika Alyansı getdikcə artan problemlərlə üzləşir və bu, yalnız Rusiyanın beynəlxalq səhnədəki mövqeyini gücləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью