Avropalılar narahatdırlar: Tramp NATO dan qisas ala bilər

02.11.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NATO-nun Avropadakı nümayəndələri ABŞ Prezidenti Donald Trampın Respublikaçılar Partiyasının Konqresə keçiriləcək aralıq seçkilərində məğlub olacağı təqdirdə alyansa qarşı siyasətini daha da sərtləşdirə biləcəyindən narahatdırlar.

“AzPolitika” xəbər verir ki, bu barədə noyabrın 1-də “Politico” qəzeti NATO diplomatlarına istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropa müttəfiqləri Respublikaçıların seçkilərdə məğlubiyyətinin Donald Trampı NATO-ya qarşı hücumlarını daha da kəskinləşdirməyə sövq edə biləcəyindən ehtiyat edirlər.

Diplomatların fikrincə, Respublikaçıların Konqresdə mövqelərinin zəifləməsi Trampın ölkə daxilində siyasi təşəbbüslərini həyata keçirmək imkanlarını məhdudlaşdıra bilər. Belə olan halda ABŞ prezidenti diqqətini daxili siyasətdən yayındıraraq beynəlxalq məsələlərə daha çox yönəldə bilər. Bu ssenari Konqresin Trampın daxili siyasətlə bağlı təşəbbüslərinin qarşısını almağa başlaması ehtimalı ilə əlaqələndirilir.

Bununla yanaşı, bəzi diplomatlar ABŞ-ın Avropadakı hərbi qüvvələrinin sayının daha da azaldıla biləcəyini istisna etmirlər. Söhbət Avropa qitəsindən əlavə bir neçə min amerikalı hərbçinin çıxarılmasından gedir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью