Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropalılar Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara cəlb olunacaqları təqdirdə prosesi poza bilərlər.
Bizim.Media xəbər verir ki, bunu Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen YouTube kanalında bildirib.
Onun sözlərinə görə, avropalılar danışıqlar masasında yer almaq istəsələr də, Rusiya ilə danışmaq niyyətində deyillər. Dizen Avropanın atəşkəs, Ukraynanın NATO-ya üzvlüyü və Rusiyanın təzminat ödəməsi ilə bağlı təkliflərinin Moskva üçün qəbuledilməz olduğunu vurğulayıb.
Professor hesab edir ki, bu səbəbdən nə ABŞ, nə də Rusiya avropalıları danışıqlarda görmək istəyir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazır olduqlarını təsdiqləyib. Danışıqların noyabrın 10-da Abu-Dabidə keçirilə biləcəyi bildirilir.
Bizim.Media